Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Dövlət Rəsm Qalereyasında “Xocalı qisası” adlı  tədbir keçirilib

26.02.2025

26 fevral 2025-ci il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında Xocalı faciəsinin 33-cü il dönümü ilə əlaqədar “Xocalı qisası” adlı  tədbir keçirildi. Tədbirdə Ulu öndər Heydər Əliyevin, bütün şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Çıxışlarda Xocalı faciəsinin tarixi faktlarından və suverenliyimizin bərpasından bəhs edildi. Tədbirdə ədəbi-bədii kompazisiyalar təqdim olundu, faciəni əks etdirən əl işlərinə baxış keçirildi.